Fransadan gözlənilməz qərar: Ruslara tətbiq edilən bu məhdudiyyət aradan qaldırılır – ÖZƏLbackend

Fransadan gözlənilməz qərar: Ruslara tətbiq edilən bu məhdudiyyət aradan qaldırılır - ÖZƏL

Fransa aprelin 1-dən ruslara turist vizalarının verilməsinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, həmçinin viza üçün müraciət edərkən peyvənd sertifikatına ehtiyac olmayacaq. Bu barədə Fransa Baş Konsulluğundan məlumat verilib.

“Bu yaxınlarda COVID-19 pandemiyası ilə əlaqədar Rusiyadan gələnlərə tətbiq olunan məhdudiyyətlər yumşaldılacaq. Viza üçün qeydiyyat artıq mümkündür” – açıqlamada bildirilib.

Məlumata görə, rusların Aİ tərəfindən təsdiqlənən peyvənd sertifikatlarını və ya əvvəllər verilən Fransa vizalarını təqdim etmələrinə ehtiyac olmayacaq.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin və Fransa rəhbəri Emmanuel Makron Rusiya qazının pulunun rublla ödənilməsi məsələsini müzakirə ediblər. Bu mövzu martın 29-da prezidentlərin telefon danışığında əsas müzakirə mövzusundan biri olub.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*