Fridman ona qarşı sanksiyaların ləğvi müqabilində Ukraynaya 1 milyard dollar TƏKLİF EDİRbackend

Fridman ona qarşı sanksiyaların ləğvi müqabilində Ukraynaya 1 milyard dollar TƏKLİF EDİR

Rusiyalı iş adamı ona qarşı sanksiyaların ləğvi müqabilində Ukraynaya 1 milyard dollar təklif edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Wall Street Journal”ın məlumat yayıb. Nəşrin yazdığına görə, rusiyalı iş adamı Mixail Fridman Böyük Britaniyanı sanksiyaları ləğv etməyə razı salmaq üçün şəxsi sərvətinin 1 milyard dollarını həmtəsisçisi olduğu “Alfa-Bank Ukrayna”ya köçürməyə hazırdır.

WSJ yazır ki, Fridmanın təklifi bu tipli yeganə təklif deyil.

Nəşr iddia edir ki, qara siyahıya salınmış bir çox rusiyalı sahibkarlar, eləcə də bütöv banklar və şirkətlər gizli şəkildə Qərbdəki hakimiyyət orqanlarına oxşar sövdələşmələr təklif edirlər.

Fridman özü bu xəbəri təkzib etsə də, Britaniya artıq WSJ-nin məlumatlarına cavab verib.

“Böyük Britaniya sanksiyalardan yayınmağı qəbul etmir”, – deyə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, yüzlərlə rusiyalı iş adamı və oliqarxı Vladimir Putinə maliyyə və ya siyasi dəstəyə görə müharibə başlayandan az sonra mart ayında Qərbin sanksiyalarının hədəfinə çevrilib.

Məlumat üçün bildirək ki, Mixail Fridman Rusiyanın Alfa-Bankında nəzarət səhm paketinə sahibdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*