“Frizya Bayrağı-2022”: NATO-nun təlimləri başladıbackend

“Frizya Bayrağı-2022”: NATO-nun təlimləri başladı

NATO-ya üzv ölkələrin “Frizya Bayrağı-2022” adı altında hava hücumundan müdafiə qüvvələrinə yönəlik təlimləri başlayıb.

KONKRET.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Niderlandın şimalındakı Leuvardan “F-35” təyyarələrin bazasının yaydığı yazılı açıqlamada bildirilib.

Məlumata görə, təlimlər əsasən Niderland krallığının hava sahəsində qismən də Danimarkanın hava məkanında keçirilir.

Tədbirdə ABŞ, Böyük Britaniya, Fransa və Kanadanın da 30 döyüş təyyarəsi iştirak edir.

Təlimə “F-35”, “F-18“, “F-16” döyüş təyyarələri ilə yanaşı “AH-64 Apache”, “AS532U2 Cougar” helikopterləri, “SA-6” və “SA-8” hava hücumundan müdafiə sistemləri də cəlb olunub.

Təlimlərə ev sahibliyi edən Niderlandın Leuvardan Aviasiya bazasının komandanı Cohan Van Deventer açıqlamasında bildirib ki, bunun Ukraynadakı müharibə ilə heç bir əlaqəsi yoxdur və bu cür təlimlər vaxtaşırı keçirilir.

Minə yaxın hərbçinin qatıldığı təlimlər aprelin 8-dək davam edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*