Fuat Oktay Pelosinin Ermənistana səfəri zamanı verdiyi açıqlamaları TƏNQİD ETDİbackend

Fuat Oktay Pelosinin Ermənistana səfəri zamanı verdiyi açıqlamaları TƏNQİD ETDİ

Türkiyənin vitse-prezidenti Fuat Oktay ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı verdiyi açıqlamaları tənqid edib.

KONKRET.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Oktay Nensi Pelosinin sözlərinin tarixi faktlarla, eləcə də günün reallıqları ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.

“ABŞ Nümayəndələr Palatasının spikerinin bəyanatları da xoşməramlılıq və obyektivlik anlayışlarından uzaqdır. Bu qəbuledilməz bəyanatlar bölgədəki diplomatik səyləri sabotaj edir”, – deyə Oktay Tvitter hesabında yazıb.

Türkiyəli siyasətçi vurğulayıb ki, ABŞ administrasiyası açıq şəkildə bəyan etməlidir: Pelosinin və onu müşayiət edən bir sıra ermənipərəst siyasətçilərin bəyanatları Vaşinqtonun Qarabağ məsələsində rəsmi mövqeyini əks etdirirmi?

“Cənubi Qafqazın sülhə və sabitliyə hər zamankindən daha çox ehtiyacı olduğu bir vaxtda mən beynəlxalq oyunçuları son dərəcə düşünülmüş və ədalətli və hər şeydən əvvəl məsuliyyətlə hərəkət etməyə çağırıram”, – deyə Türkiyənin vitse-prezidenti yazıb.

O, Türkiyənin 30 illik ədalətsizlik və qanunsuz işğaldan qəhrəmancasına mübarizə apararaq tarixi torpaqlarını azad edən qardaş Azərbaycana bundan sonra da dəstəyini davam etdirəcəyini vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*