Futbol üzrə Avropa çempionatının final mərhələsini İTV göstərəcəkbackend

Futbol üzrə Avropa çempionatının final mərhələsini İTV göstərəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.

Bu barədə KONKRET.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Qeyd edək ki, 12 iyun-12 iyul tarixlərində keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində baş tutacaq. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılacaq. AVRO-2020-nin final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.

Bakı vaxtı ilə saat 21-də başlayacaq tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Avropa Futbol İttifaqının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası UEFA tərəfindən 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsinin İclasında isə 12 ev sahibi şəhər təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*