Füzulidə 4 erməni hərbçinin meyiti tapıldıbackend

Füzulidə 4 erməni hərbçinin meyiti tapıldı

Azərbaycanın işğaldan azad edilən ərazilərində zərərsizləşdirilmiş daha 4 erməni hərbçinin meyiti tapılıb.

KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat paylaşıb.

Axtarışlar Füzuli rayonunda aparıldığı üçün meyitlər rayonun işğaldan azad olunan ərazilərində aşkarlanıb. Meyitlər tanınmaz halda olduqları üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizası təyin olunub.

Axtarış işləri bu gün üç dəstə ilə Hadrut istiqamətində davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*