G20 xarici işlər nazirləri Lavrovla şəkil çəkdirməkdən imtina etdilərbackend

G20 xarici işlər nazirləri Lavrovla şəkil çəkdirməkdən imtina etdilər

Dünən Balidə G20 Xarici İşlər Nazirləri Şurasının açılışı olub.

KONKRET.az Yaponiyanın Kyodo xəbər agentliyinə istinadən xəbər verir ki, İndoneziyanın Bali adasında keçirilən toplantıda G20 ölkələrinin xarici işlər nazirləri ənənəvi şəkil çəkdirməkdən imtina ediblər.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken və digər Qərb diplomatları Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən qaçmağa çalışıblar.

İndoneziyanın xarici işlər naziri Retno Marsudi daha əvvəl bildirib ki, iyulun 7-də G7 ölkələrinin nümayəndələri Lavrovun iştirakı ilə qarşılanma naharında iştirak etməyəcəklər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Lavrov “boykot edənlərin” yoxluğunu hiss etməyib.

Reuters qeyd edir ki, Sergey Lavrov Baliyə səfəri zamanı İndoneziya Xarici İşlər Naziri ilə şəkil çəkdirəndə zaldan “Müharibəni nə vaxt dayandıracaqsınız?!”, “Niyə müharibəni dayandırmırsınız?!” deyə qışqırıblar.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*