Gədəbəydə avtomobil qəzası – oğul öldü, ata isə ağır yaralandıbackend

Gədəbəydə avtomobil qəzası - oğul öldü, ata isə ağır yaralandı

Gədəbəydə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzin qeydə alınıb. Hərəkətdə olan “Volkswagen Passat” və “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “VAZ 2109”un sürücüsü, 1975-ci il təvəllüdlü Fərman Həsənov İsa oğlu və onun atası 1936-cı il təvəllüdlü İsa Həsənov Afdandil oğlu ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, Fərman Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı  araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*