Noyabrın 15-də Bakıda “HR Summit Baku 2019” tədbiri baş tutacaq.
KONKRET.AZ xəbər verir ki, tədbir “HR BAKU” MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə reallaşacaq.
Məlumata görə, tədbirdə 8 fərqli ölkədən 9 təqdimatçı çıxış edəcək.
Bu il 5-ci dəfə keçirilən tədbirin əsas mövzusu “İnsan resursları idarəçiliyi: sosial məsuliyyət kimi”dir.
Tədbirin qeydiyyatı və spikerləri haqqında məlumatı www.hrsummit.az saytından tapmaq olar.
