Gəlirlər artdı – Büdcədə 5 milyard dollardan çox profisit yarandıbackend

Gəlirlər artdı - Büdcədə 5 milyard dollardan çox profisit yarandı

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 5 milyard 154,6 milyon ABŞ dolları məbləğində profisit yaranıb.

KONKRET.az xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 50,1 % azdır.

Bu göstərici xarici ticarət balansındakı 7 milyard 488,9 milyon ABŞ dollarlıq profisit (42,5 % az), xidmətlər balansındakı 1 milyard 113,8 milyon ABŞ dollarlıq kəsir (16,4 % az), ilkin gəlirləri balansındakı 1 milyard 817,6 milyon ABŞ dollarlıq kəsir (31,5 % az) və təkrar gəlirlər balansındakı 597,1 milyon ABŞ dollarlıq profisit (2,2 dəfə az) hesabına formalaşıb.

“Bu ilin I yarısı üzrə CƏB üzrə profisit ümumi daxili məhsulun (ÜDM) dəyərinin 14,5 %-ni təşkil edib. Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 34,5 % azalaraq 8,2 milyard ABŞ dollara, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 37,8 % artaraq 3,1 milyard ABŞ dollara çatıb.”- AMB bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*