Gənc qadının mədəsindən 2 kilo qızıl sikkə çıxarıldıbackend

Gənc qadının mədəsindən 2 kilo qızıl sikkə çıxarıldı

Hindistanın Qərbi Benqal əyalətində cərrahlar əməliyyat zamanı 26 yaşlı qadının mədəsindən 2 kiloqram qızıl sikkə çıxarıblar.

KONKRET.az NTDV telekanalının saytına istinadla xəbər verir ki, həmin qadın bu üsulla qiymətli sikkələri və zərgərlik məmulatlarını gizlətməyə çalışıb.

Psixi problemlərinin olduğu bildirilən qadının mədəsindən 5 və 10 rupi dəyərində 90 ədəd sikkə, zəncir, Hindistan qadınları arasında populyar olan və buruna taxılan üzük, sırğa, ələ və ayağa taxılan bilərziklər, habelə qadın saatı çıxarılıb. Qəribə qadın pasiyentin anası jurnalistlərə deyib: “Biz hər dəfə qiymətli əşyaların yoxa çıxdığının şahidi olurduq, amma ondan soruşduqda, ağlamağa başlayırdı”. Məlum olub ki, gənc qadın bütün bu əşyaları yemək zamanı udurmuş.

Gənc qadının ailəsi o qədər də varlı olmayıb və əşyaların çoxu misdən olub. Lakin onların arasında qızıl bəzək əşyaları da var. Hindistanlılar sosial şəbəkələrdə bu qadının ailəsinə qızılları saxlamaq üçün seyf almağı məsləhət görüblər. Gənc qadın isə müalicə olunmaq üçün psixiatra göndəriləcək.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*