Gəncə icra başçısına birinci müavin təyin edildibackend

Gəncə icra başçısına birinci müavin təyin edildi

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində yeni təyinat olub.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, bu vəzifəyə Səməd Tomuyev təyin edilib.

S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətində sektor müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində Elnur Rzayev çalışıb.

Elnur Rzayev bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*