Gəncədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, 2015-ci təvəllüdlü Hacıyev Fuad ağır vəziyyətdə xəstəxanaya daxil olub.
Həkimlərin müdaxiləsinə baxmayaraq azyaşlı dünyasını dəyişib.
Məlumata görə, F.Hacıyev tibb müəssisəsinə aqonal (canvermə – red.) vəziyyətində gətirilib.
O, serebral iflic xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır./APA
