Gəncədə mənzil yandı – Bir nəfər zəhərləndibackend

Gəncədə mənzil yandı - Bir nəfər zəhərləndi

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan mənzildə 1 ədəd kreslo və 4 m² sahədə divar kağızı yanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*