Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
1954-cü il təvəllüdlü Qarayeva Qəndab Əli qızı yolu keçmək istəyərkən maşın onu vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
