Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli “İmperial” şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.
Bu barədə KONKRET.az-a FHN-ə istinadən xəbər verir.
Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


19:25
Gəncədə fəaliyyət göstərən şadlıq evlərindən birində yanğın baş verib.
KONKRET.az xəbər verir ki, yanğın şadlıq evinin mətbəxində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.
Yanğın söndürülüb, xəsarət alan olmayıb.
