General-mayor Levon Stepanyan: “Müharibə zamanı əsgərlərimiz kütləvi şəkildə fərarilik edirdi”backend

General-mayor Levon Stepanyan: "Müharibə zamanı əsgərlərimiz kütləvi şəkildə fərarilik edirdi"

Ermənistanda Qarabağdakı son müharibə zamanı kütləvi fərarilik halları müzakirə edilib. Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, respublikanın keçmiş hərbi komissarı general-mayor Levon Stepanyan ölkə ictimaiyyətini və müvafiq strukturları bu kimi faktlara qarşı diqqətli olmağa çağırıb. Əks təqdirdə, bu, ölkədə çox təhlükəli bir yön ala bilər

KONKRET.az xəbər verir ki, sabiq hərbi kommisar müzakirələr zamanı onu da deyib ki, “Döyüş mövqelərini tərk etmiş çoxsaylı fərarilərimizin olması bir çox hərbi əməliyyat iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təsdiqlənib. Bu vəziyyətdə nə etməliyik? Əlbəttə, heç kim bağışlanıla bilməz. Ancaq digər tərəfdən, bu qədər insanı cinayət məsuliyyətinə cəlb etmək də asan deyil. Ona görə də çıxış yolu tapılmalıdır”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*