General Qromov vəfat etdi – Bağ evində keçindibackend

General Qromov vəfat etdi - Bağ evində keçindi

Rusiya Hərbi-Dəniz Qüvvələrinin keçmiş baş komandanı, donanma admiralı (ordu generalı hərbi rütbəsinə müvafiqdir) Feliks Qromov 83 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Feliks Nikolayeviç Moskva yaxınlığındakı bağ evində keçinib”, – deyə agentlik Hərbi rəislər klubunun aparat rəhbəri Nikolay Deryabinin sözlərindən sitat gətirir.

Qromov 1992-1997-ci illərdə Rusiya Hərbi-Dəniz Qüvvələrinin baş komandanı olub.

O, 1997-ci ilin noyabrında təqaüdə çıxıb, lakin eyni zamanda Rusiya Müdafiə Nazirliyinin Baş Müfəttişlər İdarəsinin tərkibində qalırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*