ABŞ-a məxsus F-15 tipli döyüş təyyarəsi İranın qərb bölgəsində qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrailin 14-cü kanalı məlumat yayıb.
Hadisənin təfərrüatları, o cümlədən qəzanın səbəbləri və pilotların taleyi hələ dəqiqləşdirilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Hücumlar zamanı ölkənin yüksək səviyyəli hərbi-siyasi rəhbərliyi, o cümlədən ali rəhbər Əli Xamenei həyatını itirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
