Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edibbackend

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

İtaliyanın Baş naziri Giorgia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

KONKRET.az xəbər verir ki, Giorgia Meloni bu barədə özünün “X” sosial şəbəkə hesabından paylaşım edib.

“Əziz Prezident İlham Əliyev, bu sözlərə və ölkələrimizi birləşdirən səmimi dostluğa görə təşəkkür edirəm.

İtaliya və Azərbaycan uzun illər ərzində ümumi baxışlar və maraqlar üzərində qurulan möhkəm əməkdaşlıq formalaşdırıblar.

Strateji tərəfdaşlığımızı möhkəmləndirmək üçün birlikdə gördüyümüz işdən çox qürur duyuram və əminəm ki, qarşıda ölkələrimizin maraqları naminə əməkdaşlıq üçün yeni əhəmiyyətli imkanlar bizi gözləyir”, – Meloninin paylaşımda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*