Gömrükçülər 4 min qutu siqaret müsadirə etdibackend

Gömrükçülər 4 min qutu siqaret müsadirə etdi

Külli miqdarda tütün məmulatları aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markası ilə markalanmamış külli miqdarda – 3989 qutu tütün məmulatlarının satışının təşkil edilməsi müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*