Goranboyda minik maşını ilə yük maşını toqquşub.
KONKRET.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınan hadisədə bir nəfər ölüb.
Hərəkətdə olan “Nissan” markalı minik maşını arxadan yük maşına çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.