Goranboyda 14 yaşlı uşağı küçə iti dişləyib.
KONKRET.az-ın məlumatına görə, hadisə Düzqışlaq kəndində baş verib.
Küçədə oynayan 2008-ci il təvəllüdlü kənd sakini Şirinov Elcan Səxavət oğluna küçə iti hücum edərək sol qol dirsək nayihəsini dişləyib.
Ətrafdakıların köməyi ilə qurtulan azyaşlı xəstəxanaya çatdırılıb.
