Sosial şəbəkələrdə Gorus-Qafan magistral avtomobil yolunun Azərbaycan hissəsinin video görüntüləri yayılıb.
Video Vorotan kəndi tərəfdən Gorus istiqamətinə gedən bir avtomobilin pəncərəsindən lentə alınıb.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan video hansısa erməni tətəfindən çəkilib. Bunu görüntünü izləyən erməni musiqisi də təsdiqləyir.
Obyektivdə Rusiya və Azərbaycan bayraqları olan yeni kiçik bir bina, “Azərbaycana xoş gəlmisiniz!” yazısı olan məşhur reklam lövhəsi və yol boyunca asılmış daha bir neçə Azərbaycan bayrağı əks olunub.
Surxay,
KONKRET.az
