Göyçayda ağır qəza – ÖLƏNLƏR VARbackend

Göyçayda ağır qəza - ÖLƏNLƏR VAR

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisində qeydə alınıb. 23-BN-169 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı iki nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*