Göyçayda iki avtomobil toqquşdu, xəsarət alanlar var – FOTObackend

Göyçayda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

Göyçayda iki avtomobil toqquşması ilə baş verən qəza olub.

KONKRET.az xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.

“Volkswagen” markalı minik maşını qarşı tərəfdən gələn “Lada” ilə toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*