“Mən və ailə üzvlərim həyətdə 15 pişiyə yemək veririk və onların bir çoxunu peyvənd etdiririk”.
KONKRET.az lent.az-a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, deputat həmkarı Sahib Alıyev göyərçinləri yemləyənləri cərimələməyi təklif edir:
“Onda o quşlar acından ölsün? Heyvanların yemlənməsini qadağan etsək, onda cəmiyyətdə mərhəmət hissini aradan qaldırmış olarıq”.
Sədr Sahibə Qafarova isə qeyd edib ki, quşlar infeksiya daşıyıcısı ola bilər:
“Sahib müəllim deyəndə də həqiqət var”.
Qeyd edək ki, deputat Sahib Alıyev göyərçin yemləyənlərin cərimələnməsini təklif edib və bunu dünya praktikası ilə əlaqələndirib.
Nə axmaq təklifdi.Əhalinin dərdindən,problemlərindən,günü gündən pisləşən sosial vəziyətdən danışmaq əvəzinə ayda 7000 manat əmək haqqı alan deputatın təklifinə baxın.Nə gündəsən ay xalqım,gör kimlərin ümüdünə qalmışıq.