Rusiya aviaşirkətlərində texniki problemlər davam edir.
KONKRET.az xəbər verir ki, yanvarın 19-da Moskva-Kemerovo marşrutu ilə uçan “Pobeda” dövlət loukoster şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi Novosibirskdə məcburi eniş edib.
Tolmaçevo hava limanında eniş nasazlıq səbəbindən baş verib. Göyərtəsində 179 sərnişinin olduğu təyyarənin uçuşu dayandırılıb.
Bu, ilin əvvəlindən bəri aviaşirkətin təyyarəsi ilə səkkizinci, son yeddi gündə isə yeddinci uçuş zamanı baş verən texniki qəzadır.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar bu ölkəyə ehtiyat hissələrinin alınmasını tam məhdudlaşdırıb.
Natiq Səlim,
KONKRET.az
