Göygöldə 4 ton çətənə kolu məhv edildi – FOTObackend

Göygöldə 4 ton çətənə kolu məhv edildi - FOTO

Göygöl rayon ərazisində küllü miqdarda yabanı halda əkilmiş çətənə aşkar edilib.

KONKRET.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdoyi məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gəncə çayının rayon ərazisindən keçən hissəsindən yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Polis əməkdaşları 2 hektar ərazidən ümumi çəkisi 3980 kq olan 2075 ədəd çətənə kolları yığıb yandıraraq məhv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*