Göytəpə naməlum şəhid məzarları təmir edildi – FOTObackend

Göytəpə naməlum şəhid məzarları təmir edildi - FOTO

Cəlilabadın Göytəpə şəhər qəbiristanlığında yerləşən naməlum şəhid məzarları təmir edilib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, şəhid məzarları Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bərpa olunub.

Bundan öncə həmin iki naməlum şəhid məzarı baxımsız və bərbad vəziyyətdə olub. İcra başçısı Rafiq Cəlilovun təşəbbüsü ilə şəhidlərin sinə daşları yenilənib və məzarların ətrafı səliqəyə salınıb.

Qeyd edək ki, 1993-cü ildə Cəlilabadın Göytəpə şəhər qəbiristanlığında naməlum iki şəhid dəfn edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*