Güney Azərbaycan yenidən ayağa qalxır – Xalq meydana çağırıldıbackend

Güney Azərbaycan yenidən ayağa qalxır – Xalq meydana çağırıldı

Tehran və Moskvanın İran ərazisindən istifadə etməklə Ermənistana silah- sursat göndərməsinə etiraz olaraq, Güney Azərbaycanda kütləvi etiraz aksiyalarına çağırış edilib.

KONKRET.az xəbər verir ki, Güney Azərbaycandan olan bir qrup milli-mədəni fəal xalqa dinc aksiyalar üçün müraciət ünvanlayıb.

Fəalların yaydığı çağırışda bildirilib ki, İran və Rusiya Ermənistanı silahlandırır: “İran və Rusiyanın Nurduz sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistana göndərdiyi silah- sursat Azərbaycan xalqına qarşı qətliam törədilməsi və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsində istifadə olunur”.

Qeyd edib ki, Ermənistan Nurduzdan ötürülən silahlarla Gəncə və digər iri şəhərlərdə Azərbaycanın yaşayış məntəqələrini bombalayır: “Buna etiraz olaraq, Güney Azərbaycandan olan fəallar Azərbaycandan olan qardaş və bacılarına dəstəyini nümayiş etdirmək üçün bazar günü insanları dinc yürüşlərə dəvət edir”.

Saat 17:00-da başlayacaq yürüşlərin Təbriz, Urmiya, Ərdəbil, Zəncan və Tehranda keçirilməsi planlaşdırılır. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*