Gürcüstanda Baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Hökumət üzvləri yeni Baş Nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.
***
10:41
Gürcüstanın Baş naziri Georgi Qaxariya istefa verdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə bəyanat verib.
Baş Nazirin istefa qərarının hökumətdə mövcud fikir ayrılıqları olması ilə əlaqədar verildiyi bildirilib.