Gürcüstan prezidenti regional münaqişələrlə bağlı ATƏT-ə təklif verdibackend

Gürcüstan prezidenti regional münaqişələrlə bağlı ATƏT-ə təklif verdi

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə rəsmi səfərdə olan ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Lindeni qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

Görüşdə S.Zurabişvili İsveçin ATƏT-ə sədrliyi dövründə lider qadınların iştirakı ilə Gürcüstanda beynəlxalq konfransın keçirilməsi təşəbbüsü ilə çıxış edib. O, toplantıda bölgədə mövcud olan bütün münaqişələr və onların sülh yolu ilə həlli məsələlərinin müzakirə olunmasını təklif edib.

A.Linde təklifi müsbət qarşılayıb və təşəbbüsün reallaşdırılması üçün fəal iştirakla bağlı hazırlığını ifadə edib.

Tərəflər həmçinin Gürcüstanın işğal altında olan ərazilərindəki vəziyyəti, Avropa İttifaqı və ATƏT-in bölgədə rolunun gücləndirilməsi və digər məsələləri də nəzərdən keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*