Gürcüstan Türkiyə və Ukrayna ilə aviareysləri bərpa edirbackend

Gürcüstan Türkiyə və Ukrayna ilə aviareysləri bərpa edir

Fevralın 4-dən etibarən Gürcüstan və Türkiyə arasında Tbilisi-İstanbul-Tbilisi istiqaməti üzrə müntəzəm aviareyslərin həyata keçirilməsinə başlanılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq hava limanından bildirilib.

Məlumata əsasən, reysləri “Pegasus Airlines” aviaşirkəti həftədə 5 dəfə yerinə yetirəcək. Mart ayından isə uçuşların gündəlik həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunan tarixdən başlayaraq Ukraynanın “SkyUp Airlines” şirkəti də həftədə iki dəfə Kiyev-Tbilisi-Kiyev istiqaməti üzrə aviareyslərə start verəcək. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*