Gürcüstan Ukraynadan XAHİŞ ETDİ: “Səfirinizi GERİ QAYTARIN”backend

Gürcüstan Ukraynadan XAHİŞ ETDİ: "Səfirinizi GERİ QAYTARIN"

Gürcüstan Prezidenti ukraynalı həmkarına müraciət edib.

KONKRET.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə çıxışı zamanı Volodimir Zelenskiyə müraciət edib. O, Zelenskidən Ukraynanın Tiflisdəki səfirini geri qaytarmağı xahiş edib.

“Bu çətin zamanda iki xalqı tam birləşdirmək, güclənmək, yaxınlaşmaq və daha sabit ikitərəfli münasibətlər üçün lazımdır”, – deyə Zurabişvili bildirib.

Qeyd edək ki, Ukraynanın Tiflisdəki səfirinin geri çağırılmasına səbəb Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etməsi olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*