Gürcüstana 100 min doza “Sinopharm” təqdim olundubackend

Gürcüstana 100 min doza “Sinopharm” təqdim olundu

Gürcüstan koronavirus əleyhinə Çin istehsalı olan 100 min doza “Sinopharm” peyvəndi əldə edib.

KONKRET.az-ın məlumatına görə, preparatlar Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən hədiyyə kimi təqdim olunub.

Qonşu ölkədə “Sinopharm” əhali arasında ən çox vurdurulan peyvənddir.

Qeyd edək ki, Gürcüstan 100 min dozadan ibarət “Sinopharm” vaksininin ilk partiyasını aprel ayında tədarük edib.

Qonşu ölkədə COVID-19 əleyhinə peyvəndlənməyə martın 15-dən başlanılıb, iyulun 5-dən kütləvi xarakter alıb. Sentyabrın 11-nə olan məlumata əsasən, qonşu ölkədə 577 162 nəfər tam vaksinasiya kursunu keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*