Gürcüstanda etiraz aksiyaları yenidən bərpa edildibackend

Gürcüstanda etiraz aksiyaları yenidən bərpa edildi

Gürcüstan müxalifəti parlament binası qarşısında keçirdiyi etiraz aksiyasını bərpa edib.

KONKRET.AZ xəbər verir ki, səhər saatlarından parlament binasının yerləşdiyi Rustaveli prospektinə toplanan müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarının tərəfdarları qanunverici orqanı yenidən bloklayacaqlarını açıqlayıblar.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və parlamentin bütün giriş nöqtələri polisin nəzarətindədir. 

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin payız sessiyasının növbəti iclasının keçirilməsi planlaşdırılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*