Gürcüstanda restoranda 12 nəfərin meyiti tapıldıbackend

Gürcüstanda restoranda 12 nəfərin meyiti tapıldı  

Gürcüstanın Qudauri munisipalitetində hind restoranında 12 nəfərin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Qudauri qış kurort zonasında kütləvi ölüm barədə məlumat yayıb.

Qeyd olunur ki, insident kurort zonasında fəaliyyət göstərən hind restoranında vaş verib. Bildirilib ki, restoranın ikinci mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı, 11-i isə əcnəbidir. Onların hamısının restoranın işçiləri olduğu iddia edilir.

Versiyalardan birinə görə, 12 nəfərin ölümünə səbəb dəm qazıdır. Məlumata görə yataq otağının yaxınlığındakı qapalı yerdə olan generator ötən gün ərazidə elektrik kəsildikdən sonra işə salınıb.

İstintaqın məlumatına görə, ölənlərin meyitlərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. İstintaqın “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə aparıldığı bildirilib.

Hadisə yerində məhkəmə-tibbi ekspertiza cəlb olunub. (APA)

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*