Gürcüstanda fevralın 1-dən əməkdaşları koronavirus testindən keçmiş və neqativ nəticə əldə olunmuş ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcək.
KONKRET.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Gürcüstan Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi şöbəsinin müdiri Beka Peradze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib ki, labour.moh.gov.ge veb-saytında ümumilikdə 43 ticarət mərkəzi qeydiyyatdan keçib, onlardan 13-ü tələblərə cavab verib.
Bundan başqa, tələblərə cavab verən 2 bazarın, 3 topdan və pərakəndə ticarət müəssisəsinin də fəaliyyətinə icazə veriləcək. Digər obyektlərin əməkdaşlarını testdən keçirmələri üçün fevralın 15-dək vaxtları var.
Qeyd edək ki, biznes-obyektlərin işçilərinin məcburi testlər üçün qeydiyyat saytı Gürcüstanda 22 yanvardan fəaliyyətə başlayıb. (qafqazinfo)
