Gürcüstandan Ermənistana humanitar yardım aparılır? – İDDİAbackend

Gürcüstandan Ermənistana humanitar yardım aparılır? - İDDİA

Gürcüstanın dövlət qurumları Ermənistan KİV-in respublikadan işğal altındakı Dağlıq Qarabağa humanitar yardımın göndərilməsi barədə xəbərlərini təkzib ediblər.

KONKRET.az-ın məlumatına görə, erməni mətbuatı yazır ki, Gürcüstanın ermənilərin yaşadığı bölgə olan Samtsxe-Cavaxetidən Ermənistana və daha sonra işğal altındakı Dağlıq Qarabağa göndərilən humanitar yardımın ilk partiyası guya təyinat yerinə çatdırılıb.

Bildirilir ki, guya 28 sentyabrda Gürcüstan-Ermənistan sərhədinə 35 min dollar məbləğində, o cümlədən 100 ton ərzaq məhsulu, habelə 50 ton un, 30 ton kartofun daxil olmaqla əlavə yardım çatdırılıb.

Əslində bu məlumat qətiyyən doğru deyil. Gürcüstanın müvafiq dövlət orqanlarındakı mənbələr Oxu.Az-a bildiriblər ki, ərzaq və digər qondarma yardımlar göstəriləndən qat-qat az həcmdə daşınıb. Yardımı aparanlar bunu fərdi qaydada ediblər və Ermənistan ərazisinə çatdıqdan sonra köməyin hara gedəcəyini dəqiq göstərməyiblər. Həcm baxımından yardımın daşınması mərkəzləşdirilmiş adlandırıla bilməz .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*