Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlandı – YENİLƏNİBbackend

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlandı - YENİLƏNİB

Yetkinlik yaşına çatmayan şəxslər arasında yaranan mübahisə zamanı bir yeniyetmənin xəsarət alması faktı ilə bağlı müvafiq ekspertiza təyin olunub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a bildirilib ki, əməli törədən şəxs məlumdur. Ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Araşdırmalar davam etdirilir.

15:38

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb.

KONKRET.az-ın məlumatına görə, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Qoçaliyev Əli bıçaqlanma diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı aydınlaşdırılır.

Faktla bağlı Hacıqabul polisi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*