backend

"Hadisələr onu göstərir ki, müharibə qaçılmazdır" - AÇIQLAMA

Aslan İsmayılov, tanınmış hüquqşünas

Dünən gecə saatlarında sərhəd bölgəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilməsi barədə Müdafiə Nazirliyinin dərhal əhalini məlumatlandırmasını alqışlayıram. Hadisəyə dərhal reaksiya verilməsi əhalini sakitləşdirdi və panika yaranmasının qarşısını aldı.

Bununla belə dəfələrlə hakimiyyət nümayəndələri ilə qeyri-rəsmi görüşlərimdə qeyd etdiyim çatışmazlıqlar dünən bir daha öz təsdiqini tapdı. Dünən baş verənlər bir daha göstərdi ki, müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşları, xüsusən sərhəd, cəbhə bölgəsində yaşayanlar müharibə şəraitinə heç cür hazır deyillər. Dünən gecə saatlarında əhalinin küçələrə tökülməsi, Şəmkir şəhərinin mərkəzində tıxaclar yaratması, hadisə yerindən canlı yayımların edilməsi, foto-videoların paylaşılması bir daha dediklərimi təsdiqlədi.

Müdafiə, Fövqalədə Hallar Nazirliyi, yerli icra hakimiyyətləri və digər qurumlar təcili həmin bölgələrdə əhalini bu cür şəraitə hazırlamaq üçün mülki müdafiə təlimləri, hazırlıqları keçirməlidirlər.

Hadisələr onu göstərir ki, müharibə qaçılmazdır.

P.S. Azərbaycanda Instagram istifadəçilərinin sayını nəzərə alaraq Müdafiə Nazirliyi bu platforma üzərində də (Facebook-la paralel) rəsmi məlumatlar paylaşır. Bununla işıq sürəti ilə yayılan dezinformasiyaların qarşısını almaq mümkündür. Yalnız rəsmi mənbələrə etibar etməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*