KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu yerli mediaya istinadən xəbər veri ki, ana kəskin sətəlcəm virusu infeksiyası ilə Jılıoy Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Həkimlərin dediyinə görə, qadın iki həftə əvvəl evdə xəstə olub, özünü müalicə edib.
Qazaxıstanın Atırau Vilayəti prokurorunun böyük köməkçisinin verdiyi məlumata görə, sentyabrın 17-də 36 yaşlı, 20 həftəlik hamilə qadın qızdırma ilə ağır vəziyyətdə reanimasiya şöbəsində yerləşdirilib. Lakin o, bir neçə saat sonra dünyasını dəyişib
Hazırda istintaq orqanı məhkəmə tibbi ekspertizası təyin edib.
İstintaq orqanlarına lazımi istintaq hərəkətləri barədə yazılı göstəriş verilib. İşin istintaqı rayon prokuroru tərəfindən nəzarətə götürülüb.
İldırım Musayev