Hava limanında gömrük qaydaları pozulmaqla ölkəyə gətirilən dərmanlar aşkarlandıbackend

Hava limanında gömrük qaydaları pozulmaqla ölkəyə gətirilən dərmanlar aşkarlandı

Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.

Heydər Əliyev eynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb, onun əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən ümumilikdə, 10 adda 93 qutu dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*