Yüngül çəki dərəcəsində mütləq döyüş çempionatının (UFC) çempionu, dağıstanlı Həbibin atası, məşqçi Əbdülmanap növbəti dəfə oğlunun karyerasını başa vurması barədə danışıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, mütəxəssis bildirib ki, iki-üç döyüşdən sonra oğlu çıxışlarını dayandırmalıdır.
“Hesab edirəm ki, Həbibin karyerası iki ildən sonra bitməlidir. Mən maksimum üç döyüşü nəzərdən keçirirəm. İki daha normaldır”, deyə Əbdülmanap bildirib.
Babək Göyüş
KONKRET.az
