Həbsdən çıxdı, anasını və arvadını güllələyib öldürdübackend

Həbsdən çıxdı, anasını və arvadını güllələyib öldürdü

İstanbulda həbsdən yenicə çıxan bir nəfər anasını və həyat yoldaşını güllələyərək öldürüb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Kadıköy səmtində baş verib.

Tahsin Yüksekova adlı şəxs eyni küçədə çiçək satan anası və həyat yoldaşını güllələyib.

Əvvəlcə yoldaşının yanına gedən cinayətkar onunla bir müddət mübahisə edib və ardınca silahla bir neçə dəfə atəş edib.

Daha sonra anasının yanına gedən T. Yüksekova onu da güllələyərək yoldan keçən avtomobilə oturub və hadisə yerindən uzaqlaşıb.

Hər iki yaralı təcili şəkildə xəstəxanaya aparılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*