Heç demə, çinar ağacı da “erməni” imiş – İrəvan ağıllıya həsrətdir…backend

Heç demə, çinar ağacı da “erməni” imiş - İrəvan ağıllıya həsrətdir...

Dövlət başçısı İlham Əliyevin Cəbrayıl və Zəngilan səfərlərində yadda qalan məqamlardan biri də oun ailə üzvləri ilə birlikdə qədim çinar ağacını qucaqlayaraq fotoşəkil çəkdirməsi olub.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu mənzərə Ermənistanda onsuz da normal olmayan psixoloji vəziyyəti daha da pisləşdirib. Erməni mətbuatı Azərbaycan prezidentinin olduğu ərazinin Ermənistan torpaqları olduğunu iddia edib.

Sərhədə yaxın Şikaox kəndinin icra nümayəndəsi Nare Kazaryan bəzi sahələrin ötən ilin dekabr ayının 18-də Azərbaycana verildiyini söyləyib. Sünikdəki bəzi icma rəhbərləri də həyasızlıqla həmin ərazinin Ermənistana məxsus olduğunu deyirlər.

İş o həddə gəlib çatıb ki, Ermənistanın Ətraf mühit nazirliyi tələsik bəyanat verərək “Çinar parkı” deyilən ərazinin Azərbaycana verilmədiyini bildirməyə məcbur qalıb.

“Çinar (əslində Şərq çinarı – red.) qədimdən erməni ağacı sayılıb. Bu növ yalnız Ermənistanda bitir. Elə kadrlardakı çay da Şikaoxdu (Bəsitçay-red.). Bəlkə nazirlik Azərbaycan prezidentinin sərhədləri pozduğunu müəyyən etsin. Orası birmənalı olaraq erməni torpağıdır”, – deyə Nare Kazaryan qeyd edib.

Yeri gəlmişkən, “qədim erməni ağacı” – Şərq çinarı Avropanın cənubundan Hindistana qədər yayılan bitki növüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*