Helikopter qəzaya uğradı – 9 əsgər həlak oldubackend

Helikopter qəzaya uğradı - 9 əsgər həlak oldu 

Kolumbiyanın şimalında hərbi helikopter qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədəKolumbiya prezidenti Qustavo Petro “X”s əhifəsində məlumat verib.

Hadisə Bolivar departamentində baş verib.

Ölkənin ən böyük narkotik karteli olan “Gulf Clan”a (Körfəz Klan) qarşı əməliyyatda iştirak edən hökumət qoşunlarını təchiz edən helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər həlak olub.

“Gulf Clan” hazırda ölkənin ən böyük narkotik karteli olmaqla Kolumbiyanın tanınmış cinayətkar qruplaşmasıdır.

Onlar Kolumbiyada uzun illərdir davam edən daxili silahlı münaqişədə fəal iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*