Ermənistanın təxribatları nəticəsində şəhid olan Səbuhi Əhmədovun uşaq evində böyüdüyü haqda məlumatlar yayılıb. Belə ki, şəhidin “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasında yaşadığı barədə sosial şəbəkələrdə paylaşımlar edilib. Hətta şəhid Səbuhi Əhmədovun Ulu Öndər Heydər Əliyevin iştirak etdiyi tədbirdə ümummilli liderlə səmimi dialoqunu əks etdirən videosu da yayılıb.
KONKRET.az məsələni dəqiqləşdirmək üçün “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Xətai rayon filialının direktor köməkçisi Ramil Əliyarlı ilə əlaqə saxlayıb. Assosiasiya rəsmisi yayılan görüntülərdəki uşağın şəhid Səbuhi Əhmədov olmadığını deyib: “Həmin şəhid o uşaq deyil. Amma sözügedən görüntülər “SOS”da çəkilib. O tədbirdə bizim sığınacaqdan da uşaqlar olub, görüntülər də “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasında lentə alınıb. Təkrar edirəm ki, görüntüdəki başqa uşaqdır, şəhid Səbuhi Əhmədov deyil”.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bu uşaq mənəm Bağırov səbuhi