
“Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin sədri Əbülfəz Xamedov bu ölkənin milli məclisinin deputatı seçilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, səsvermədə “Qazaxıstan Xalqı Assambleyası”nın 351 üzvü iştirak edib. Namizədlərdən doqquzu 50 faizdən çox səs toplayıb.
Onlardan biri də həmyerlimiz Əbülfəz Xamedovdur.
